“Baku Business Consulting” MMC artıq 4 ilə yaxındır ki, İnsan Resurslarının idarə olunması sahəsində bir çox yerli və xarici şirkətlərlə böyük layihələri həyata keçirir. Müxtəlif fəaliyyət sahəsində olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “Baku Business Consulting” MMC-nin töhfələri vardır. Məhz bunun məntiqi nəticəsi olaraq müştərilərin məmnunluğu səviyyəsinin qorunub saxlanması məqsədilə şirkətimizdə keyfiyyət idarəetmə sistemi ISO 9001:2015 tətbiq olunmuşdur.
“Baku Business Consulting” MMC İnsan Resurslarının (İR) idarə olunması sahələri üzrə ixtisaslaşmış konsaltinq şirkətidir və 2019-cu ildə Avropa Yenidənqurma və İnkişaf Bankı yanında İnsan Resursları üzrə məsləhətçi statusu almışdır.
Təşkilati-hüquqi formasıdan asılı olmayaraq bütün müəssisələrin fəaliyyətinin təməl prinsiplərindən biri işçilərlə olan münasibətlərin düzgün tənzimlənməsidir. Bu da öz növbəsində insan resurslarının (qaynaqlarının) effektiv idarə edilməsini aktuаl olaraq ön plana çıxarır. Müəssisələrin rentabelli fəaliyyətinin əsas səbəblərindən biri də insan kapitalını verilən əhəmiyyətlə təmin etməkdir. İnsan resurslarının idarə edilməsində başlıca məqsəd işçilərin təhsilinə, təcrübəsinə, bilik və bacarıqlarının inkişafına xidmət etməklə investisiya olunması ilə onların potensialından və yaradıcı imkanlarından maksimum istifadə edilməsidir.
“Baku Business Consulting” MMC-nin fəaliyyəti sosial və iqtisadi inkişaf üçün insan kapitalının aktuallığını nəzərə alaraq bu sahədə öz peşəkar fəaliyyətini qurmuşdur. Şirkətimizin peşəkar komandası bilik və təcrübələrinə əsaslanaraq yerli və xarici şirkətlərə digər xidmətlərlə paralel olaraq insan resurslarının idarə edilməsini təşkil üzrə də xidmətlər göstərir. Əsas məqsədimiz idarəetmənin keyfiyyətini yaxşılaşdırılmasında, ümumiyyətlə müəssisələrin fəaliyyət effektivliyinin təkmilləşdirilməsində və əməyin individual səmərəliliyinin artırılmasına yönəlimdir. İnsan resurslarının idarə edilməsi iqtisadi, sosial, hüquqi, təşkilat və psixoloji məsələləri əhatə edir. Ona görə də heyətin idarə edilməsinə aşağıdakı aspektlər, istiqamətlər baxımından yanaşırıq:
İşçi heyətini idarə edərkən yuxarıdakı konsepsiyalar və müəyyən elmi prinsiplər tərəfimizdən hökmən nəzərə alınır.
Eyni zamanda insan resurslarının idarə edilməsi sisteminin qurulmasına yanaşmamız həm universal və həm də konkret, spesifik (konkret şəraitə uyğun gələn) səciyyə daşıyır.
Qısa olaraq xidmətimiz burada məlumat verir:
Let our experts help you navigate the complexities of business management. Contact us today for a personalized consultation.
Məsləhət alın